Xəzər Xəbər

Sahibkarlara xoş xəbər: Yoxlamaların dayandırılmasının müddəti artırılır - VİDEO

Veb TV | 20:50 • 12 Sentyabr 2017
Sahibkarlara xoş xəbər:

Bu ilin səkkiz ayında Azərbaycanda qeyri-neft ixracı 855 milyon abş dolları təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çoxdur. Bunu iqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Strateji yol xəritələrinin monitorinqinin nəticələrinə əsasən açıqlayıb. Bundan başqa sahibkarlıq obyektlərində yoxlamaların dayandırılmasının müddətinin uzadılması üçündə layihə hazırlanıb.

Ölkəmizin inkişafı üçün hazırlanan Strateji yol xəritələri nəticələrini verməyə başlayıb. İxrac məhsullarımızın həcmi artıb, kiçik və orta sahibkarlıq inkişaf edib, ölkəmizin turizm potensialı çoxalıb.

Bunu strateji yol xəritələrinin monitorinqinin nəticələrinə həsr olunan hesabat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Bu ilin ilk yarısında ölkəyə gələn turistlərin sayı isə 24 % artıb. Vüsal Qasımlının sözlərinə görə Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üçün Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb.

Eyni zamanda monitorinqin nəticələrinə dair hesabatda vurğulanıb ki, ölkəmizdə sahibkarlıq obyektlərinə yoxlamaların dayandırılması müsbət nəticə verdiyindən bu müddətin uzadılması üçün layihələri hazırlanıb. Həmin layihələrin yaxın günlərdə Prezidentinin Administrasiyasına təqdim olunması nəzərdə tutulur.



Xəbər lenti

Çox oxunanlar