Xəzər Xəbər

Gələn ay toyu olacaqdı, öldürüldü - Göyçayda qətl - VİDEO

Veb TV | 20:04 • 21 Avqust 2017
Gələn ay toyu olacaqdı, öldürüldü - Göyçayda qətl -

Gələcək bacanağını bıçaqlayaraq öldürüb...

Xezerxeber.az-ın məlumatına görə,hadisə ötən gecə Göyçayda baş verib. Rayon sakini, 28 yaşlı Müşfiq Əkbərova nişanlısı zəng edərək bildirib ki, bacısının əri, 25 yaşlı Pərviz Əbdulrəhmanov onların evlərində dava salıb və ailə üzvlərini döyür. Bu səbəbdən də Müşfiqi köməyə çağırıb.

Müşfiq qayınatasıgilə gedib və Pərvizi sakitləşdirmək istəyərkən onun hücumuna məruz qalıb.

Döş qəfəsindən və qarın boşluğundan ağır xəsarətlər alan Müşfiq Əkbərov Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayararaq onun həyatını xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən Müşfiq Əkbərovun gələn ay toyu olacaqdı.

Ağstafada isə polis zabiti xidmət başında bıçaqlanıb. Hadisə gecə saatlarında rayon mərkəzindəki yanacaqdoldurma məntəqəsində baş verib. Rayon Polis Şöbəsinin əməliyyatçısı, Ağstafa sakini, 23 yaşlı Nurlan Vəliyev ərazidəki insidenti aradan qaldırmaq üçün dava edən şəxslərə müdaxilə etmək istədikdə boyun və üzündən bıçaq zərbələri alıb. Polis əməkdaşı dərhal xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib. Vəziyyəti kafidir.

Nurlan Vəliyevi bıçaqlayan şəxs isə saxlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti