Xəzər Xəbər

Bakıda Qlobal Gənc Liderlər Forumu başlayıb - VİDEO

Veb TV | 18:45 • 21 Avqust 2017
Bakıda Qlobal Gənc Liderlər Forumu başlayıb -

Dünyanın 80 ölkəsinin aparıcı gənc liderləri Bakıda bir araya gəlib.

Xezerxeber.az-ın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda bir neçə ölkənin sabiq prezidentləri və baş nazirləri də iştirak edir.

Təbirdə iştirak edən sabiq prezidentlər gənc liderlərin Azərbaycanda toplaşmasını ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi töhfə adlandırıb.

Foruma qatılan gənc liderlər daha yaxşı gələcək və dialoq şəraitində inkişaf üçün liderlər forumunun böyük əhəmiyyət daşıdığına diqqət çəkiblər.

Foruma bir sıra digər nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq gəlib. Toplantı çərçivəsində keçirilən panel iclasları və qrup müzakirələrində gənc liderlər böyük siyasi təcrübəyə malik sabiq dövlət başçıları ilə interaktiv dialoq şəklində müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparacaqlar. Forum 4 gün davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar