Xəzər Xəbər

Türkiyədə sərnişin avtobusu aşdı: 5 ölü, 18 yaralı - VİDEO

Veb TV | 11:49 • 14 Avqust 2017
Türkiyədə sərnişin avtobusu aşdı:
Ankarada Konya yolunun 50-ci kilometrində yerli vaxtla saat 05:30-da dəhşətli qəza baş verib.

İlkin ehtimallara görə, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub. Yol kənarındakı uçuruma düşən sərnişin avtobusunda 5 nəfər ölüb, 18 nəfər ağır yaralanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Xəbər lenti