Xəzər Xəbər

“Gəzər bazar” bazarı ayağınıza gətirir VİDEO

Veb TV | 20:54 • 11 Avqust 2017
“Gəzər bazar” bazarı ayağınıza gətirir

Kənd təsərrüfatı malları topdan satış qiymətlərlə vətəndaşlara satılacaq. Bu satışı isə "gəzər bazar" səyyar avtomobilləri həyata keçirəcək. Artıq 10 belə avtomobil bu gün paytaxtın müxtəlif rayonlarına yola salınıb. Burda satılan məhsullar digər yerlərə nisbətən 20 faiz ucuz satılacaq.

Yerli məhsullar topdansatış qiymətinə səyyar avtomobillərdə vətəndaşlara satılacaq.Artıq bu gündən etibarən "Gəzər Bazar" səyyar satış yük avtomobilləri kənd təsərrüfatı məhsullarının ucuz qiymətdə satışına başlayıb.

Bu məqsədlə "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən bir neçə ay əvvəl şəxsi yük avtomobili və ya dükan sahibi olan vətəndaşlarla əməkdaşlıq müqavilələri imzalanıb, eləcədə, satışın "Gəzər Bazar" tanıdıcı loqosu işlənib hazırlanıb. "Gəzər Bazar" Avtomobilləri ümumlikdə 5 ton yük tutumuna malikdir və soyuducu sistemlədə təchiz olunub.Bu gün 10 belə avtomobil paytaxtın 11 rayonunda fəaliyyət götərmək üçün yola düşüb.

"Gəzər bazar" səyyar satışı təşkil etməkdə məqsəd yerli istehsalı dəstəkləməklə yanaşı, vətəndaşların ucuz və keyfiyyətli məhsullar almasınada yardımçı olmaqdır.Səhmdar Cəmiyyət səyyar satışla məşğul olan şəxsləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən tələb olunan xüsusi icazələrin alınmasınıda təşkil edib. "Ərzaq məhsullarının tədarükü və təchizatı"Açıq Səhimdar cəmiyyətinin sədr müavini Xaliq Məmmədov deyir ki,satışa çıxan məhsulların bazar və yarmarka ilə müqaisədə ucuz satılmasına ciddi nəzarət olunacaq.

Gələn həftədən etibarən "Gəzər Bazar" avtomobillərinin sayı artırılacaq. "Gəzər bazar" səyyar satışla məşğul olmaq istəyən şəxslər "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinə müraciət edə və ya 012 555 04 14 nömrəsi ilə əlaqə saxlaya bilərlər.


Xəbər lenti