Xəzər Xəbər

Azyaşlı dərmandan zəhərləndi - Hazırda koma vəziyyətindədir - VİDEO

Veb TV | 20:52 • 11 Avqust 2017
Azyaşlı dərmandan zəhərləndi -

Neftçala 8 yaşlı qızcığaz dərmandan zəhərlənib. Vəzifə Rəcəbli evdə nəzarətsiz qaldığından stolun üstünə qoyulmuş dərman həblərindən bir neçəsini udub və qəfil vəziyyəti pisləşib. Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlı hazırda koma vəziyyətindədir.

Azyaşlı qız dərmandan zəhərlənib. Hadisə Neftçalanın Qaçaqkənd kəndində baş verib. Kənd sakini, 8 yaşlı Vəzifə Rəcəbli evdə nəzarətsiz qaldığından stolun üstünə qoyulmuş dərman həblərindən bir neçəsini udub və qəfil vəziyyəti pisləşib. Azyaşlı qızın vəziyyətinin ağır olduğunu görən valideynləri onu Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Xəstəyə ilki tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Vəzifə Rəcəbli koma vəziyyətindədir. Bakıdan ixtisaslaşmış həkimin gəlişi gözlənilir.


Xəbər lenti