Xəzər Xəbər

Sumqayıtda dəhşətli qətl: 35 yaşlı qadın öldürüldü - VİDEO

Veb TV | 20:50 • 7 Avqust 2017
Sumqayıtda dəhşətli qətl:

Bu gün Sumqayıt şəhərinin Sülh küçəsində, şəhər Təhsil Şöbəsinin binası yaxınlığında qadın meyiti tapılıb.


Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilib.


Hadisə yerinə dərhal Sumqayıt şəhər Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu göndərilib. Hadisənin qətl olduğu ehtimal edilir.


Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbər lenti