Xəzər Xəbər

Elektrikvurma: nələrə diqqət etmək lazımdır? - VİDEO

Veb TV | 20:51 • 7 Avqust 2017
Elektrikvurma:

Son bir həftə ərzində paytaxt və bölgələrdən bir neçə dəfə elektrikvurma hadisəsi ilə bağlı xəbərlər vermişik. Çox təəsüf ki, son zamanlar elektrikvurma hallarından həyatını itirənlərin sayı kəskin surətdə artıb. Xüsusi ilə də insanların elektrik işlərini adi ev işi kimi baxmaları bu kimi bədbəxt hadisələrin sayının artmasına səbəb olub.

Tovuz rayon sakinini Samuxda elektrik cərəyanı vuraraq öldürüb.Masallıda bədbəxt hadisə zamanı isə elektrik vuran 24 yaşlı gənc oğlan xəstəxanaya aparılarkən yolda keçinib.

Sabirabadın Həsənli kənd sakini 1994-cü il təvəllüdlü Fərzəliyev Bilal Məhəmmədəli oğlunu da elektrik cərəyanı vurub öldürüb. və sair. Son bir həftə ərzində ən azı 5 nəfər məhz elektriklə ehtiyaszı davranışın qurbanı olub.

Çox zaman bu kimi hadisələr ehtiyatsızlıq adlandırlsa da,ekspertlər əslində günahın insanların özündə olduğunu deyir.

Uzun illərdir ki,elektrik ustası işləyən Rüstəm Məmmədov deyir ki,bəlkə də həyat risqi daşıyan ən təhlükəli iş elektrik ustalarının işidi .Çünki iş zaman edilən xırda bir səhv belə ölümə səbəb ola bilər.Evdə lampa dəyişmək insanlar üçün adi bir iş hesab edilsə də ,əslində bu işin özü belə hər zaman bədbaxt hadisəyə səbəb ola bilər.ən xırda elektrik işi zamanı belə cərəyan ümumi söndrülməlidir.Və təhlükəsizlik qaydalarınıın hamısına əməl edilməlidir.

Elektrikvurma zamanı xəstəyə ilk tibbi yardımın da düzgün şəkildə aparılması çox vacibdir.əksər insan heçbir məlumatı olmadan yardım edim deyərkən öz həyatını da təhlükəyə ata bilər. Cərəyan vuran insanı quru taxta, çubuq, ip, adyal və bu kimi elektrik keçirməyən əşyalar ilə ayırmaq lazımdır. Bunlar olmadıqda isə ən yaxşısı insana toxunmadan geyimindən tutaraq cərəyandan ayırmaq olar. Zərərçəkən şüursuz və nəfəs almadan yatırsa, öldü deyib kənara çəkilməz olmaz. Süni tənəffüs vermək mütləq lazımdır.Təcili tibbi yardım həkimləri gələnə kimi isə bir çay qaşığı yemək sodası və eyni miqdarda duzu suda həll edib içirmək lazımdır.


Xəbər lenti