Xəzər Xəbər

Kanalizasiya quyusuna düşən fəhlə və onu xilas etməyə çalışan FHN əməkdaşı ölüb - VİDEO

Veb TV | 19:35 • 18 İyul 2017
Kanalizasiya quyusuna düşən fəhlə və onu xilas etməyə çalışan FHN əməkdaşı ölüb -

Kanalizasiya quyusuna düşən şəxs və onu xilas etmək istəyən xilasedici ölüb.

Xezerxeber.az-ın məlumatına görə, bədbəxt hadisə Sumqayıtda, şəhərin 76 -cı məhəlləsində baş verib. Həmin ərazidə vətəndaş kanalizasiya quyusuna düşüb. Əraziyə dərhal xilasedicilər çagırılıb. Quyuda təmir işləri aparan İlqar adlı fəhlə və onu xilas etmək üçün quyuya düşən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rasim Məmmədov ölüb. Onların hər ikisi qazdan boğulub.

Nazirliyin dörd əməkdaşı- 29 yaşlı Namiq Əhmədov, 24 yaşlı Natiq Məmmədov, Ayaz Əliyev və Zahid Bağırov zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti