Xəzər Xəbər

Bakıda uşaqlar üçün mini zoopark - GİRİŞ QİYMƏTİ - VİDEO

Veb TV | 18:38 • 27 İyun 2017
Bakıda uşaqlar üçün mini zoopark - GİRİŞ QİYMƏTİ -

Bakıda mini zoopark yaradılıb.

Xezerxeber.az-ın məlumatına görə, burada dovşan, xamyak, yenot, keçi və çin toyuğu saxlanılır. Bununla yanaşı, zooparkda uşaqlar üçün xüsusi təlimçilər də var.

Artıq uşaqlar üçün təmaslı mini heyvanxana da fəaliyyət göstərir. Burada uşaqların istirahəti üçün müxtəlif heyvanlar var. Məsələn, heyvanlar içərisində xamyak, çin toyuğu, çəkisi 12 kiloqramdan artıq olan dovşanlar, eləcə də yenot var. Bu heyvanlar müxtəlif ölkələrdən alınaraq mini zooparka gətirilib.

Zooparkın direktoru Züleyxa Məmmədova deyir ki, uşaqlar heyvanlara toxuna və yaxınlaşaraq şəkil çəkdirə bilərlər. Heyvanlar içərisində təhlükəlisi yoxdur.

Zooparka giriş qiyməti isə müxtəlifdir. Autizm və daum sindromu olan uşaqların zooparkdan istifadəsi pulsuzdur.

Zooparkda uşaqların heyvanlara təmsada olmaqla yanaşı, onları yedizdirə də bilirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti