Xəzər Xəbər

Azərbaycan Silahlı Qüvvələri - 99 - REPORTAJ - VİDEO

Veb TV | 20:19 • 26 İyun 2017
Azərbaycan Silahlı Qüvvələri - 99 -

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür. 99 il öncə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə Azərbaycanın Silahli Qüvvələri yaradılıb. Bu tarixin müstəqil Azərbaycanda Silahli Qüvvələr Günü kimi qeyd olunması da varisliyin bir nümunəsidir. Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə cənubi Qafqazda ən güclü dövlət hesab olunur.

Xezerxeber.az məlumat verir ki, cəbhə bölgəsində əməkdaşımızın hərbi hissələrdən birindən hazırladığı reportaj da bunu əyani sübut edir.

Müasir yataqxana, təmiz yataq dəstləri, evdəkindən fərqlənməyən yeməklər...

Söhbət Tərtərdə yerləşən hərbi hissədəndir. Cəbhə bölgəsində yerləşən hərbi hissə müasir standartlara tam cavab verir.

Hərbçilər Ramazan Bayramını və Silahlı Qüvvələr Gününü yüksək əhval -ruhiyyədə qeyd ediblər.

Əsgər yataqxanası da yeni istifadəyə verilib və müasir standartlara cavab verir.

Mülki aşpazlar tərəfindən bişirilən yeməklər də həm dadına, həm də keyfiyyətinə görə evdəkindən seçilmir. Əsgərlər və zabitlər gündə 3 dəfə bu yeməklərlə qidalanırlar.

Ordumuzn döyüş qabiliyyəti və silah və hərbi sursatla təminatını isə aprel döyüşləri bariz göstərdi. Mütəmadi keçirilən təlimlər isə xalqımın öz ordusuna inamını daha da artırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti