Xəzər Xəbər

6 aylıq körpəsini öldürdü – 12 il idi uşağı olmurdu - VİDEO

Veb TV | 12:42 • 24 İyun 2017
6 aylıq körpəsini öldürdü

Türkiyənin Adana şəhərində dəhşətli hadisə baş verib.

33 yaşlı Həbibə və 41 yaşlı İbrahim cütlüyünün 12 il uşağı olmayıb.

Cütlük 6 ay öncə süni mayalanma yolu ilə övlad sahibi olublar.

Lakin, qadın 12 ildir yolunu gözlədiyi körpəsinin ağlamasına tab gətirə bilməyib. Qadın əri evdə olmadığı vaxtda əli ilə uşağın ağzını və burnunu tutara uşağın ağlamasını dayandırmaq istəyib. Nəfəssiz qalan körpə isə boğularaq ölüb.

Cani qadın uşağın hərəkətsiz qaldığını görüb və hadisə barədə qardaşına məlumat verib. Qardaşı dərhal evə gəlib və uşağı xəstəxanaya aparıb. Uşağın öldüyünü dəqiləşdirən həkimlər polisə məlumat veriblər.

Polis qadını saxlayaraq bölməyə aparıb. Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti