Xəzər Xəbər

Svarovski imperatorluğunun varisi dünyanın ən bahalı gəlinliyini geyindi MÖHTƏŞƏM TOY - VİDEO

Veb TV | 14:25 • 21 İyun 2017
Svarovski imperatorluğunun varisi dünyanın ən bahalı gəlinliyini geyindi

Avstriyanın məşhur müğənnisi, eyni zamanda Svarovski imperatorluğunun varisi sayılan Viktoriya Svarovskinin toyu olub. Təbii ki, böyük miras sahib olan qızın toyu valehdieci keçib.

Məşhur müğənni Avstriyada daşınmaz əmlaka sərmayəsi ilə məşğul olan 4 yaşlı Verner Mürzə ərə gedib.

Məşhur imperiyasının varisi Beyons, Rihanna, Cenifer Lopes, Ledi Qaqa kimi ulduzları geyindirən dizayner Maykl Sinkonun hazırladığı 46 kq-lıq geyimi ilə qonaqları heyrətləndirib. Məlumatlara görə, bahalı daş-qaşla bəzədilən paltar təxminən bir milyon yarım dollara başa gəlib. Gəlinliyin hazırlanmasında 500 min svarovski daşı ilə yanaşı lazerlə kəsilmiş çiçəklər də istifadə edilib.

2010-cu ildən sevgili olan cütlüyün toyunda 250 nəfər iştirak edib. İtaliyada baş tutan mərasim 3 gün davam edib. Gəlin hər 3 toy üçün müxtəlif gəlinliklər sifariş verib./publika.az


Xəbər lenti