Gələn ildən Gürcüstan ərazisindən keçən avtomobillər icbari sığortalanacaq. Həm də bu tariflərin hamısı yeni qiymətlərlə ödənəcək. Bəs yeni qaydalar Azərbaycandan bu ölkəyə avtomobillə gedənlərə tətbiq olunacaqmı? "XəzərXəbər” məsələyə aydınlıq gətirib.
2018-ci ildən Gürcüstan ərazisi ilə hərəkət edən, lakin xaricdə qeydiyyata alınmış avtomobillər üçün icbarı sığorta qüvvəyə minəcək. Bununla da Gürcüstana avtomobillə daxil olarkən icbari sığortaya görə yeni tariflər tətbiq olunacaq.
Ekspert Ərşad Hüseynov bildirir ki, Gürcüstanda əvvəllər belə bir sığorta olub. Ancaq yeni qanunun qəbul edilməsi ilə tariflərdə artımlar olacaq.
Ərşad Hüseynovun sözlərinə görə indi Gürcüstan eləcə də digər ölkələr yaşıl kartın üzvü olduğuna görə həmin ölkələrə onsuz da beynəlxalq səviyyədə icbari sığorta olmadan avtomobillə daxil olmaq mümkün deyil. Buna görə də Gürcüstanın icbari sığortalar haqqında qanununda dəyişiklik Azərbaycanda hər sürücüyə şamil edilməyəcək.
Yaşıl kart sığortasından faydalanmaq üçün isə tariflər
beynelxalq tariflər olduğuna görə onun həcmi maliyyə nazirliyi tərəfindən müəyyən
olunur. Yaşıl kart sığortası isə Azərbaycandakı sığorta şirkətləri tərəfindən
verilməkdədir. Sığortanın məbləği isə gediləcək ölkədən və orda qalmaq müddətindən
asılı olaraq dəyişir.