Xəzər Xəbər

Qarpız satışa çıxdı: qiymətlər 50-80 qəpik arasında dəyişir - VİDEO

Veb TV | 20:53 • 18 İyun 2017
Qarpız satışa çıxdı:

Bazarlarda yerli qarpız satışı artıq genişlənib. Fermerlər əkdikləri qarpızın ilk yetişənlərini bazara çıxarırlar. Bir çoxu isə qarpızın mövsümü olmadığına görə bu bostan bitkisini hələ almağa tələsmir. Qarpız satışı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidməti də öz mövqeyini açıqlayıb.

Artıq yerli qarpız bazarlara axın etməyə başlayıb. Qiymətlər isə 50 qəpikdən başlayır 80 qəpiyə qədər yüksəlir.

Alıcılardan yeni qarpızın dadının hər şeyinin yerində olduğunu deyənlər də var. Ancaq əksər alıcılar qarpızın mövsümünün hələ irəlidə olduğunu əsas gətirərək qarpız almırlar.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəhbəri Camal Quliyev "XəzərXəbər”ə bildirdi ki, öncədən ilk qarpız Azərbaycana İran və Türkiyədən gətirilirdi . Ancaq artıq yerli məhsullar bazarda əsas rıol oynayır. Xidmət rəisinin sözlərinə görə sahələrdə qarpızlar qurumun əməkdaşları tərəfindən yoxlanılır və satışına icazə veriləndən sonra bazarlara çıxarılır. Buna görə vətəndaşlar rahatlıqla qarpız alıb yeyə bilərlər. Ancaq qarpızın kəsildikdən sonra bir sutka ərzində dərhal istehlak edilməsi tələb olunur. Əks halda müəyyən sağlıq problemlərə səbəb ola bilər.


Xəbər lenti