Xəzər Xəbər

Bacısının telefonunu başqası açdı: dediyi yerə çatanda ŞOK OLDU - VİDEO

Veb TV | 17:37 • 26 May 2017
Bacısının telefonunu başqası açdı:

Türkiyənin Bartın rayonunun Amasra mahalında 24 yaşlı Emine Çakmakdəniz sahilində qayalıqlardan yıxılaraq faciəvi şəkildə dünyasını dəyişib.

Polislər Emine Çakmakın intihar ehtimalını araşdırır.

4 il əvvəl həyat yoldaşından boşanan, 5 yaşlıuşağı olan Emine Çakmak səhər heç kimə bir söz demədən evdən çıxıb. Onur Çakmakevdə bacısını tapa bilməyincə nömrəsinə zəng edib. Telefona cavab verən şəxs Boztepe Mahallesi Fənər Altı istiqamətindəki qayalıqlarda olduğunu, telefonu da qayalıqlarda tapdığını, ancaq ətrafda bacısının olmadığını deyib. Dostları ilə telefondakı deyilən qayalıq əraziyə gələn Onur təxminən 100 metr aşağıda bacısını qan içində tapıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası Emine Çakmakın öldüyünü deyib. /Milli.az


Xəbər lenti