Xəzər Xəbər

Şəmkirdə güclü yanğın, ölən var - VİDEO

Veb TV | 20:43 • 26 Aprel 2017
Şəmkirdə güclü yanğın, ölən var -

Ferma içərisindəki heyvanlarla birlikdə yanıb .Çoban da yanaraq dünyasını dəyişib.

Xezerxeber.az bildirir ki, hadisə Şəmkirin Zəyəm-Cırdaxan kəndi ərazisində baş verib. Kənd sakini Alı Burcuyevə məxsus fermanın yardımçı otağında yanğın baş verib. Yanğın zamanı fermada çoban işləyən, kənd sakini 66 yaşlı Aydın Ələsgərov yanaraq ölüb. Ferma kənddən aralı olduğu üçün mərhumun yaxınları yanğından səhər xəbər tutublar.

Hadisə zamanı fermada olan heyvanlar da yanaraq tələf olub.

Yanğının odun sobasından yarandığı ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır. Yanğının dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti