Xəzər Xəbər

Cocuq-Mərcanlıda bu yaz bir başqa yazdır VİDEO

Veb TV | 19:55 • 9 Aprel 2017
Cocuq-Mərcanlıda  bu yaz bir başqa yazdır

Cocuq Mərcanlıda tikinti işləri sürətlə davam etdirilir. Həmçinin kəndə elektrik enerjisi, təbii qaz və su xətləri də çəkilir.

Tikinti işləri sürətlə davam etdirilir. Paralel olaraq kommunikasiya xətləri də çəkilir. Görüntülər Cəbrayılın aprel döyüşləri zamanı işğaldan azad edilən Cocuq Mərcanlı kəndindəndir. Hazırda kənddə 50 ev tikilir. İnşaat işlərinin qısa müddətdə başa çatdırılması üçün əraziyə xeyli sayda işçi qüvvəsi və texnika cəlb edilib.

Cocuq Mərcanlıda tikinti işləri ilə bərabər insrastruktur lahiyələri də həyata keçirilir.

Qaz xətləri çəkilir, elektirik yarım satansiyası tikilir. 9 km uzunluğunda avtomobil yolu çəkilir. Əhalinin içməli su təminatını ödəmək üçün yeni subartezian quyusu da qazılır.

İşlərin may ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.



Xəbər lenti