Xəzər Xəbər

VİDEO: 5300 manat kredit ödəyib, amma bank ödənişi yenidən tələb edir

Veb TV | 20:00 • 24 Fevral 2017
VİDEO: 5300 manat kredit ödəyib, amma bank ödənişi yenidən tələb edir

5300  manat kredit ödəyib, indi isə bankdan onun gecikmə faizi kimi hesablandığı deyilir. 

Xezerxeber.az məlumat verir ki, Salyan sakini Nəcəf Tağıyev 2012-ci ildə bankdan 7 min manat kredit götürüb. Bir neçə ay ödəniş etdikdən sonra maaşının verilmə vaxtı dəyişib. 

Nəcəf Tağıyevin sözlərinə görə, ödənişlərdə gecikmə olmaması və üzərinə faiz gəlməməsi üçün banka müraciət edib. Ödəniş vaxtının dəyişdirləməsini xahiş etdikdə ona bildirilib ki, narahatlığa heç bir əsas yoxdur, borcun üzərinə gecikmə faizi gəlməyək. 

Nəcəf Tağıyev deyir ki, ikinci dəfə bankın rəhbərliyinə müraciət edib. Həmin vaxt da ona bildirilib ki, gecikmə faziləri dayandırılacaq. Lakin bir müddət əvvəl bank əməkdaşları tərəfindən ona deyilib ki, ödədiyiniz bütün məbləğ gecikmə faizi kimi hesabdan silinib. 

Ekspert Anar Ramazanov deyir ki, Nəcəf Tağıyev əlindəki qəbzlər vasitəsilə silinmiş məbləği bərpa etdirə bilər. 

Anar  Ramazanov məsləhət görür ki, vətəndaşlar bankla əldə olunan istənilən razılaşmanı sənəd şəklində tələb etsinlər. Faizin silinməsi, ödəniş qrafikinin, gününün və vaxtının dəyişdirilməsi kimi güzəştlər rəsmi şəkildə sənədləşdirilməlidir ki, sonradan bu cür problemlər yaranmasın. Bundan əlavə, ekspertlər ödəniş qəbzlərini 3 il saxlamağı, habelə kredit ödənib qurtardıqdan sonra çıxarış kağızı almağı tövsiyyə edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti