Xəzər Xəbər

Çin atmosferi araşdırma peykini orbitə buraxıb

Texnologiya | 09:38 • 27 Mart 2024
Çin atmosferi araşdırma peykini orbitə buraxıb

Çin Şansi əyalətindəki Taiyuan mərkəzindən atmosferi araşdırma peykini orbitə buraxıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Zhongguo Ribao Wang" saytı məlumat yayıb.

“Yunhai-3 02 Star” peyki ilə birlikdə "Long March 6" raketinin dəyişdirilmiş versiyası yerli vaxtla saat 06:51-də (Bakı vaxtı ilə 02:51) buraxılıb.

“China Aerospace Science and Technology Group” tərəfindən inşa edilən peyk orbitə daxil olub. Peyk atmosfer, dəniz tədqiqatları, kosmik mühitin monitorinqi, fəlakətlərin qarşısının alınması və elmi təcrübələr üçün istifadə olunacaq.

Modifikasiya edilmiş “Long March 6” raketi Çinin orta ölçülü daşıyıcı aparatının yeni nəslidir. Ümumi uzunluğu təxminən 50 metr, başlanğıc çəkisi təxminən 530 tondur.

Xəbər lenti

Çox oxunanlar