Xəzər Xəbər

Türkiyə peykini kosmosa göndərilib

Texnologiya | 13:00 • 15 Aprel 2023
Türkiyə peykini kosmosa göndərilib

Şənbə günü, aprelin 15-də Türkiyə vaxtilə saat 09:47 radələrində Amerikanın Vandenberq kosmodromundan Yerin məsafədən zondlanması üçün “İMECE” peyki kosmosa göndərilib. Bu peyk Türkiyənin Kosmik Texnologiyalar Tədqiqat İnstitutunun (TÜBİTAK UZAY) mütəxəssisləri tərəfindən yaradılıb.

Xezerxeber.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, SpaceX şirkəti peykin buraxılmasını əlverişsiz hava şəraiti səbəbindən bir neçə dəfə təxirə salıb.

TÜBİTAK UZAY mərkəzində peykin buraxılması prosesini Türkiyənin milli müdafiə naziri Hülusi Akar, Mərkəzin sədri Həsən Mandar və başqaları müşahidə ediblər.

Peykin çəkisi 680 kiloqram, istismar müddəti 5 ildir. Bu peyk Planetin istənilən nöqtəsində yüksək keyfiyyətli (ayırdetmə qabiliyyətli 1 metrə qədər olan) təsvirlər almağa imkan verəcək.

“İMECE” peykinin imkanları hədəflərin aşkar edilməsindən və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasından başlamış aqrar sektorun inkişafına sərmayə qoyulmasına qədər geniş spektri əhatə edir.

SpaceX şirkətinin daşıyıcı raketi Türkiyənin daha 3 peykini orbitə çıxaracaq: KILIÇSAT, PLAN-S və CONNECTA T2.1.

Altı il müddətinə nəzərdə tutulan “İMECE” layihə Türkiyənin yeni peyklərinin yaradılması üçün texnoloji baza formalaşdıracaq. Gələcəkdə belə peykləri ixrac etmək də planlaşdırılır.

Xəbər lenti