Xəzər Xəbər

"WhatsApp"da yeni funksiya: Silinən mesajları belə qaytara bilərsiniz

Texnologiya | 11:35 • 30 İyul 2022
"WhatsApp"da yeni funksiya: Silinən mesajları belə qaytara bilərsiniz

"WhatsApp”da yoxa çıxan mesajları saxlamaq mümkün olacaq.

"WhatsApp” yoxa çıxan mesajlar üçün yeni funksiya üzərində işləyir. Bu funksiyaya əsasən itirilmiş mesajları saxlamaq mümkün olacaq.

"WhatsApp”ın yoxa çıxan mesajları funksiyası bir dəfə baxıldıqdan sonra ekran görüntüsü çəkilmədiyi təqdirdə yox olur. Bunun üzərinə şirkət bu vəziyyəti aradan qaldırmaq üçün yeni bir xüsusiyyət üzərində işləyir. 

Bundan əlavə, "WhatsApp”ın "Söhbət məlumatı” bölməsində yeni "Mesaj tutuldu” seçimi gözlənilir. Bu, itirilmiş mesajları normal mesajlara qaytarmağa imkan verəcək.

Hələ inkişaf mərhələsində olan funksiyanın istifadəçilərə nə vaxt təqdim ediləcəyi barədə məlumat yoxdur.

Xəbər lenti

Çox oxunanlar