Xəzər Xəbər

"Apple" tibbi cihaz olan qulaqlıq yaradacaq

Texnologiya | 10:25 • 14 Oktyabr 2021
"Apple" tibbi cihaz olan qulaqlıq yaradacaq

“Apple” şirkəti “AirPods” adlı simsiz qulaqlıqları həm də tibbi cihaza çevirməyi nəzərdə tutur.

XəzərXəbər "WSJ"a istinadən xəbər verir ki, yeni qulaqlıqlar bədən hərarətini ölçən, habelə qamətin düz olmadığını bildirən sensorlarla da təchiz olunacaq.

Bununla yanaşı, yeni “AirPods”ların eşitmə qabiliyyətinin yüngül və orta qüsurlu olan şəxslərin köməyinə çatacağı gözlənilir.

Qeyd edək ki, “AirPods” qulaqlıqlarının son versiyası “Conversation Boost” funksiyası sayəsində müsahibin səsini artırmaqla kənar səsləri batırır.

Xəbər lenti