Xəzər Xəbər

Mars silkələndi: Kosmosda nə baş verir? – NASA açıqladı

Texnologiya | 10:15 • 26 Sentyabr 2021
Mars silkələndi: Kosmosda nə baş verir? – NASA açıqladı

ABŞ-ın Milli Kosmos İdarəsi (NASA) “InSight” kosmik aparatının avqustun 25-də Marsda 4.2 və 4.1 bal gücündə iki zəlzələ qeydə aldığını açıqlayıb.

NASA kosmik aparatın sentyabrın 18-də də təxminən 90 dəqiqə davam edən başqa 4.2 bal gücündə zəlzələ qeydə aldığını bildirib.

“InSight” tərəfindən 2019-cu ildə qeydə alınmış zəlzələnin gücü 3.7 olub.

“InSight” 2018-ci ilin noyabrında qırmızı planetin geologiyasını araşdırmaq məqsədi ilə Marsın ekvatoruna yaxınlaşıb.

Tədqiqatçılar seysmoqrafların Marsda bu günə qədər yüzlərlə zəlzələ hadisəsi qeydə aldıqlarını bildiriblər və bunun son dərəcə faydalı olduğunu deyiblər.

Son sarsıntıların təhlili sayəsində “InSight” komandası Marsın nüvəsinin ətraflı xəritəsini hazırlaya bilib. Kosmik gəminin tapıntıları Marsın böyük nüvəyə və nazik qabığa malik olduğunu göstərir. Bununla yanaşı, NASA sentyabrın 18-də baş vermiş 4.2 bal gücündə zəlzələnin indiyə qədər aşkar edilmiş ən böyük sarsıntı olduğunu açıqlayıb.

Avqustun 25-də baş verən 4.2 bal gücündə zəlzələnin episentri hələ bilinmir./Teleqraf.com

Xəbər lenti