Xəzər Xəbər

Zoom təxminən 14 milyard dollara yeni biznes alır DETALLAR

Texnologiya | 15:40 • 19 İyul 2021
Zoom təxminən 14 milyard dollara yeni biznes alır

ABŞ-ın telekommunikasiya və texnologiya şirkəti, koronavirus pandemiyasında ən çox istifadə olunan videotoplantı, telekonfrans və onlayn çat xidməti Zoom yeni biznes alır.

Şirkət bulud texnologiyalarına əsaslanan əlaqə mərkəzi və digər xidmətlər təqdim edən Five9-u 14,7 milyard dollara almağa razılaşıb.

Bu sövdələşmə Micsoroftun Nuance Communications şirkətini 16 milyard dollara alacağını bəyan etməsindən sonra cari ildə ABŞ-da ikinci ən böyük texnoloji şirkət satışıdır. Five9 ötən həftəsonunu 11,9 milyard dollar bazar dəyəri ilə yekunlaşdırıb.

Ötən il gəlirləri 326%, səhmlərinin dəyəri isə 400%-ə qədər atıran Zoom bu il pandemiya məhdudiyyətlərinin yumşaldılması və daha çox insanın ofisə dönməsi səbəbindən azalan qazancını kompensasiya etmək niyyətindədir. Five9-u satın almaqla bulud texnologiyaları bazarına daxil olmaq da buna xidmət edir./Marja

Xəbər lenti