Xəzər Xəbər

“YouTube”un işində problem var

Texnologiya | 14:44 • 18 May 2021
“YouTube”un işində problem var

Bir sıra ölkədə "YouTube" video-hostinq xidmətinin işində problemlər müşahidə olunur.

"Downdetector" portalının verdiyi məlumata görə, problemlərlə bağlı şikayətlərin daha çox ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, Almaniya və bir neçə digər ölkədən daxil olduğu bildirilir.

Şikayətlərin əksəriyyəti (təxminən 75%-i) videoya baxa bilməməklə, 20%-i veb-saytın yüklənmədiyi ilə, 5%-i isə istifadəçi hesablara daxil olmaqda çətinliklərlə bağlıdır.

Xəbər lenti