Xəzər Xəbər

Alimlər və memarlar Marsda yaşayış evlərinin layihələrini təqdim ediblər - FOTO

Texnologiya | 17:28 • 9 May 2021
Alimlər və memarlar Marsda yaşayış evlərinin layihələrini təqdim ediblər - FOTO

Elm adamları Marsı insanlıq üçün sığınacaq, Yer kürəsinə alternativ və ya tamamlayıcı kimi baxırlar.

NASA bununla bağlı “3D Printed Habitat Challenge” müsabiqəsi başladıb.

Şərtə əsasən iştirakçılar 3D çap texnikalarından və Mars səthində mövcud olan materiallardan istifadə edərək dörd astronavt üçün yaşayış evi modelləşdirməlidir.

Lenta.ru-nun məlumatına görə, “NoonPost” jurnalı Qırmızı Planeti yaşayış üçün uyğunlaşdıracaq ən perspektivli layihələri təqdim edib.

Siyahıda ilk yerdə “SEArch” (Space Exploration Architecture) arxitektorlar komandasının yaratdığı “Ice House” qərarlaşıb. Fikrə əsasən planetin şimal hissəsində buz axtarılmalı və insanları radiasiyadan qoruya biləcək, eyni zamanda kifayət qədər işıqlı,  ətraf dünyanı görmə qabiliyyətini qoruyacaq buz evi düzəldilməlidir.

İkinci yerdə “MARSHA” adlı variant qərarlaşıb. Layihədə 3D çap və robot texnikası ilə bazalt lifindən və bitki bioplastiklərindən konstruksiya nəzərdə tutulur.

Siyahının üçüncü sətrində “Zopherus” layihəsi qərarlaşıb. Komandanın təklifinə əsasən, avtonom robot printerlər Marsın səthində olan materialların istifadəsi ilə hermetik kabin içərisində altıbucaqlı konstruksiyalar yaratmalıdırlar. Dizayn prosesi insan müdaxiləsi tələb etmir.

Dördüncü yeri “Mars Habitat” tutub. Layihənin müəllifi əvvəllər Ayda yaşayış evinin bir versiyasını təqdim edən məşhur memar Norman Fosterdir. O, yarı avtonom işləyən robotlardan istifadə edərək Mars qayalarından davamlı yaşayış yerlərinin inşasını təklif edib.

Beşinci yerdə “BIG” memarlıq bürosu ilə birlikdə Məhəmməd İbn Rəşid Kosmik Mərkəzinin bir qrupunun hazırladığı “Mars Science City” yer alır. Layihəyə əsasən, evlər səhra qumundan istifadə edilərək 3D çapda hazırlanacaq.

“Martian Seed of Life” altıncı yerdə qərarlaşmaqla siyahını bağlayıb. Layihənin müəllifləri Malayziyadan olan memarlar Varis Zaki və Amir Amzardır. Onlar bambu yaşayış evləri qurmağı təklif edirlər. Memarların sözlərinə görə, atmosferində çox miqdarda karbon qazı olduğu üçün onların Marsda böyüməsi asandır.

Xəbər lenti