Xəzər Xəbər

“iPhone” kənar istehsalçıların cihazlarını izləməyə kömək edəcək

Texnologiya | 15:27 • 8 Aprel 2021
“iPhone” kənar istehsalçıların cihazlarını izləməyə kömək edəcək

"Apple" şirkətinin qurğuların axtarışı üçün nəzərdə tutulmuş "Find My" proqramının köməyi ilə indi digər brendlərin qurğularını izləmək olar. Şirkət kənar istehsalçılara öz məhsullarını izləmək üçün onun ekosistemindən istifadəyə icazə verib.

Xezerxeber.az xarici saytlara istinadən xəbər verir ki, cihazlar "Made for iPhone" (MFi) proqramı vasitəsilə sertifikasiyadan keçirildikdən sonra belə məhsullar "Apple Find My ilə işləyir" kimi nişanlanır.

"Find My" proqramının köməyi ilə izlənilməsi mümkün olan ilk məhsullar "VanMoof S3" və "X3" elektrik velosipedləri, "Belkin SoundForm Freedom True" simsiz qulaqlıqları olub. Gələcəkdə digər brendlər də öz qurğularını "Apple"ın ekosisteminə inteqrasiya edə biləcək.

Xəbər lenti