Bakı 33 ℃
Xəzər Xəbər
USD 1.7

"WhatsApp"da yeni funksiya olacaq

Texnologiya | 369 | 09:58 • 24 Oktyabr 2020
"WhatsApp"da yeni funksiya olacaq

Tezliklə "WhatsApp" messencerinə istifadəçi məlumatlarının məxfiliyi ilə əlaqəli yeni bir xüsusiyyət əlavə olunacaq.


"WABetaInfo"nun məlumatına görə, söhbət üz tanıma funksiyasından gedir.


Belə ki, "Android" əməliyyat sistemindəki cihazlar üçün tətbiqetmələrin beta versiyasının koduna üz skanından istifadə edərək giriş identifikasiyası artırılıb.


XəzərXəbər oxu.az-a istinadən bildirir ki, bənzər funksiya əvvəllər yalnız "Face ID" sensorlarına sahib "iOS" cihaz sahibləri üçün mövcud idi.


Bundan əvvəl sistemə barmaq izi skaneri üçün dəstək əlavə edilmişdi.


Yeni xüsusiyyət tətbiqin beta versiyasında "Barmaq izi ilə bloklama" əvəzinə "Biometrik bloklama" kimi qeyd olunub. Yəni, artıq barmaq izi skaneri, üz tanıma ilə birlikdə işləyir.


Bu barmaq izi skaneri olmayan smartfonlardan istifadə edənlər üçün daha çox aktual olacaq.


Bununla belə, insayderlər əksər "Android" smartfonlarında belə biometrik kilidin "iPhone" səviyyəsində məlumat qoruması təmin edə bilməyəcəyini vurğulayırlar. Ön kameraya əsaslanan "Face Unlock", fotoşəkil və ya oxşar bir şəxsin üzü ilə aldadıla bilər.


Yeni funksiyanın adi istifadəçilər üçün nə vaxt əlçatan olacağı hələ bəlli deyil.

Çox oxunanlar

Neft bahalaşıb
40 | 09:27 • 15 May 2021
Bir həftə iş olmayacaq
876 | 17:16 • 19 Aprel 2021