Xəzər Xəbər

1 milyarddan çox istifadəçinin məlumatları internetə sızdı

Texnologiya | 16:27 • 26 Noyabr 2019
1 milyarddan çox istifadəçinin məlumatları internetə sızdı

Kibertəhlükəsizlik üzrə amerikalı mütəxəssis Vinni Troyya 1,2 milyard sosial şəbəkə istifadəçisi haqqında informasiyadan ibarət məlumat bazasını aşkar edib. Bu haqda "Wired” nəşri məlumat verib.

Sözügedən fayl "Google Cloud” bulud xidmətində saxlanılıb.

Troyya deyib ki, bazada "Twitter”, "Facebook”, "LinkedIn” və "GitHub” xidmətlərindən istifadə edənlərin profillərindəki informasiya yerləşdirilib.

Nəticədə onların ev və mobil telefonları (təxminən 50 milyon nömrə), məşğulluq tarixçəsi və elektron poçt ünvanları internetdə əlçatandır. Faylların adı informasiyanın çox hissəsinin ABŞ-ın "People Data Labs” şirkətinə aid olduğunu göstərir./teleqraf


Xəbər lenti