Xəzər Xəbər

iPhone-na görə Samsung-u yarım milyard dollar cərimələdilər

Texnologiya | 10:26 • 25 May 2018
iPhone-na görə Samsung-u yarım milyard dollar cərimələdilər

ABŞ məhkəməsi iPhone-nun funksiyasını kopyaladığına görəSamsung şirkətininApple-a 539 milyon dollar ödəməsi barədə qərar çıxarıb.

Bu barədə "Associated Press" yazıb.

Məhkəmə prosesi 2011-ci ildən davam edirmiş.Apple Samsung-un şirkətinin əqli mülkiyyət hüquqlarını - patent və əmtəə nişanlarını pozmaqdaittiham edib.

Qeyd olunur ki, 2012-ci ildə Apple məhkəmədə qalib gəlibmiş və milyard dollardan çox əldə etməli imiş, lakin 2016-ci ildə iş yenidən baxılması üçün geri qaytarılıb.

Bu gün başa çatan məhkəmədə Samsung dizayn üçün patent pozulmasına görə 533,3 milyon, ixtira patentinin pozulmasına görə isə 5.3 milyon dollar cərimə olunub.

"Samsung bizim məhsulu kopyaladığı üçün ödəniş etməlidir", - deyə Apple şirkətindən bildirilib./faktxəbər

Xəbər lenti