Xəzər Xəbər

İzdihamlı yerlərdə səsləri ayırd edə bilən sistem hazırlanıb

Texnologiya | 18:22 • 14 Aprel 2018
İzdihamlı yerlərdə səsləri ayırd edə bilən sistem hazırlanıb

Bir qayda olaraq, insanlar izdihamlı yerlərdə həmsöhbətinin səsini kifayət qədər yaxşı ayırd edə bilirlər. Lakin təəssüf ki, eyni sözləri kompüter barədə söyləmək olmaz. Ancaq "Google" şirkəti bu problemin aradan qaldırılması üçün yeni həll hazırlayıb.


AZƏRTAC itc.ua saytına istinadən xəbər verir ki, "Google" şirkətini təmsil edən alimlər qrupu tərəfindən hazırlanmış təlim sistemi danışan şəxsin sifətini tanımaqla yanaşı, konkret səsləri ayırd etmək qabiliyyətinə malikdir. Süni intellekt sistemi eyni anda bir neçə insan danışdıqda belə səsləri ayırd edə bilir. Hazırda "Google" öz məhsullarında bu funksiyadan istifadə etmək imkanını araşdırır.

Xəbər lenti

Çox oxunanlar