Xəzər Xəbər

Feysbukdan SƏRT QAYDALAR reklama nəzarət gücləndirilir

Texnologiya | 13:16 • 19 Fevral 2018
Feysbukdan SƏRT QAYDALAR

Feysbuk sosial şəbəkəsi 2018-ci ildə keçiriləcək seçkilərlə əlaqədar təhlükəsizlik sistemlərini gücləndirib.

Şirkət bu il ABŞ Konqresinə keçiriləcək seçkilərə "Rusiyanın müdaxiləsi" ehtimalını göz önündə saxlayaraq, reklam elanları alıcıları üçün əlavə testlər hazırlayıb.

Feysbuk şirkəti elektron poçt vasitəsi ilə istifadəçilərin ABŞ-da yaşadığını təsdiq etməsi üçün xüsusi kod göndərəcək. İstifadəçilər bu kodu təsdiq etdikdən sonra reklam elanlarının alışını davam etdirə biləcəklər.

Elanda o da qeyd olunur ki, cari ilin noyabr ayında keçiriləcək seçkilər zamanı əlavə yoxlama tətbiq olunacaq./publika.az

Xəbər lenti