Xəzər Xəbər

"Apple" mağazasında telefon alışdı - Yanan və zəhərlənənlər oldu

Texnologiya | 14:40 • 10 Yanvar 2018
"Apple" mağazasında telefon alışdı - Yanan və zəhərlənənlər oldu

İsveçrənin Sürix şəhərində "Apple” mağazasından 50-ə yaxın şəxs təxliyə olunub.

Trend-in məlumatına görə, buna mağazada telefonlardan birinin batareyasının alovlanması səbəb olub.

Qeyd olunur ki, mağaza əməkdaşı batareyanı telefondan çıxararkən batareya alovlanıb. Nəticədə həmin şəxs əlindən yanıq xəsarətləri alıb.

Daha 7 nəfər tüstüdən ziyan çəkdiyi üçün həkimə müraciət edib.

Xəbər lenti