Xəzər Xəbər

“Əpl”dən gözlənilməz addım Gələn ilə 3 “Ayfon”

Texnologiya | 14:39 • 14 Noyabr 2017
“Əpl”dən gözlənilməz addım

Nəhəng texnologiya şirkəti "Əpl” 2018-ci ildə 3 "Ayfon” modelini eyni zamanda təqdim edəcək.

Analitiklər bu mobil telefonlardan birinin hazırda satışlarda rekord qıran "Ayfon X”in daha ucuz versiyası ola biləcəyini bildirib.

"KGI Securities” şirkətinin analitikləri "Əpl”in gələn ilin ikinci yarısında 5,8 və 6,5 düym OLED ekranlı telefonlarla yanaşı, "Ayfon X” kimi çərçivəsiz LCD ekrana və "TrueDepth” kameraya sahib 6,1 düymlük daha bir modeli də satışa buraxacağını deyib.

Yeni modellər olduqca inkişaf etdirilmiş formada istehsal ediləcək və yüksək qiymət etiketi ilə gələcək. Üçüncü və orta səviyyəli telefonun qiyməti isə 649-749 dollar civarında olacaq. Məhz bu qiymətə olan telefonda da "Əpl”in yeni xüsusiyyəti olan "Face İD”-nin olması xüsusi diqqət çəkib.

Analitiklər, həmçinin, "Əpl"in gedərək artan tələbinə cavab vermək üçün 2018-ci ilin ilk yarısında 120 milyon "iAyfon” istehsal etməyi planlaşdırır./publika.az

Xəbər lenti