Xəzər Xəbər

"Sony" robot it hazırlayır

Texnologiya | 15:15 • 12 Oktyabr 2017
"Sony" robot it hazırlayır

Yaponiyanın məşhur "Sony" şirkəti yenidən robot texnologiyaların istehsalına başlayacaq. 12 illik fasilədən sonra şirkət süni intellektə malik robot iti təqdim etməyə hazırlaşır.

Təkmilləşdirilmiş formada hazırlanan robotu internet şəbəkəsinə qoşmaq mümkün olacaq. Tərtibatçıların sözlərinə görə, robot canlı heyvanın xarici görünüşünü xatırladacaq dərəcədə incə strukturlarla işlənəcək.

Robototexnika sahəsinə qayıdan "Sony" şirkəti hazırlanacaq robot itin proqram təminatı şifrəsinin açıq olacağını və sahiblərinin robotun beyninə istənilən informasiyaları yükləyə biləcəklərini elan edib.

2018-ci ildə satışa çıxarılacaq robot it üzərində çalışan komanda ilk dəfə Aibo adlı robot iti hazırlayan mütəxəssislərdən ibarətdir./publika.az

Xəbər lenti