Xəzər Xəbər

Google Feed bütün dünyada yayıma başladı

Texnologiya | 11:47 • 8 Sentyabr 2017
Google Feed bütün dünyada yayıma başladı

İyul ayından bu yana ABŞ-dakı android istifadəçilərinə təqdim edilən Feed bütün dünyada yayıma başlayıb.

XəzərXəbər-in məlumatına görə, bu proqram hazırda android istifadəçilərinə təqdib edilib və yaxın zamanlarda iOS istifadəçilərinin də istifadəsinə veriləcək.

Bu tətbiq istifadəçinin maraq dairəsi ilə işlədiyi üçün veb və mövqe göstəricilərinin olması lazımdır.

Yeni xidmət "Google Feed” adlanır. Bu proqram sizə təkcə xəbərlər deyil, həm də axtarış tarixçəsi, istifadəçinin olduğu yer və "Google”un başqa onlayn xidmətlərindən məlumatlar əsasında seçilmiş musiqi, film, məqalə və başqa fərdiləşdirilmiş məzmunlar təqdim edir.

Məsələn, əgər siz fotoqrafsınız və digər sahələrlə maraqlanmırsınızsa, onda başqa sahələrlə bağlı xəbərlər sizin lentinizdə nadir hallarda göstəriləcək.

Tətbiq nəticələrin özəlləşdirilməsi üçün feysbukun "News Feed" funksiyasını təqib edir, ancaq axtarış tarixini, tətbiq istifadəsini, yutub tarixini və s. şeyləri də əhatə etdiyi üçün daha çox məlumatdan istifadə olunur.

Xəbər lenti