Xəzər Xəbər

Instagram vasitəsilə diaqnoz qoyulacaq

Texnologiya | 15:19 • 12 Avqust 2017
Instagram vasitəsilə diaqnoz qoyulacaq
Alimlər Endryu Ris və Kristofer Denfort belə qənəatdədirlər ki, "Instagram" sosial şəbəkəsində yerləşdirilmiş şəkillər depressiyanın ağır formasının mövcudluğundan xəbər verə bilər.

XəzərXəbər ICTnews-a istinadən bildirir ki, 166 nəfər arasında keçirilmiş araşdırma nəticəsində məlum olub ki, onlardan 71-də depressiya əlamətləri mövcuddur. Araşdırmanın iştirakçıları "Instagram" sosial şəbəkəsindəki 43 min şəkli əlçatan ediblər.

İnformasiyanın toplanılması və ilkin əlamətlərin təhlili məqsədilə meta məlumatların (şəkil və fonun rəngi, ətraf mühit üzrə məlumatlar, üz ifadəsinin tanınması) toplanılması metodu seçilib.

Bəzi kliniki tədqiqatlar haqda məlumatlardan istifadə edilərək yaradılmış xüsusi proqram təminatı 70% halda ciddi xəstəliyin mövcudluğunu düzgün proqnozlaşdırıb və vaxtında müalicəyə başlamağa imkan verib.

Xəbər lenti