Bu telefonları işlədənlər ağılsız hesab olunur
ARAŞDIRMA
ABŞ-da aparılan tədqiqat yolu ilə telefon istifadəçilərinin zəka
səviyyələri ilə seçdikləri mobil telefon markası arasında bir əlaqə
olub-olmadığı araşdırılıb.
Massaçusets Mərkəzli Tətqiqat bürosu Çitikanın apardığı araşdırma
Alyaska, Montana və Vermont ştatlarında "iPhone" istifadə nisbətinin
digər əyalətlərdən daha çox olduğunu göstərdi. Bu əyalətlərin bir başqa
xüsusiyyəti ABŞ-ın ən yüksək universitet məzunu nisbətinə sahib olmaları
olub. Bu məlumatların nəticəsində "iPhone" istifadəçilərinin daha
ağıllı olduğu nəticəsinə gələn Çitikaya görə "iPhone" istifadəçiləri
yalnız zəka ilə deyil, eyni zamanda, maddi olaraq da Android
istifadəçilərindən qabaqlayır.
Çitikanın apardığı araşdırma bu sahədə ilk deyil. Ağıllı telefon
istifadəçiləri arasında aparılan digər araşdırmalarda da bənzər
nəticələrə əldə edildi. "Ladbrokes" şirkətinin təşkil etdiyi araşdırmada
1000 ağıllı telefon istifadəçisinə bir zəka testi tətbiq etdi. "iPhone"
istifadəçiləri sürət və beyin funksiyalarının ölçüldüyü testdə 94
saniyə ilə ən sürətli nəticəyə çatan qrup oldu. "BlackBerry"
istifadəçilərinin isə 118 saniyə ilə ən yavaş qrup olduğu müşahidə
edildi. "iPhone" istifadəçilərindən sonra "GoogleNexus" istifadəçiləri
99 saniyə ilə 2-ci sırada qərarlaşdı.Testi ən sürətli tamamlayan bir
Samsung istifadəçisi olsa da Samsung istifadəçiləri ümumi sıralamada 103
saniyə ilə 3-cü ola bildi. "HTC" istifadəçiləri isə eyni testi 105
saniyədə tamamlayaraq 4-cü sırada yer aldı./metbuat.az