Xəzər Xəbər

97 yaşlı aktyor qəzaya düşdü

Şou Biznes | 17:00 • 22 Mart 2023
97 yaşlı aktyor qəzaya düşdü

Məşhur amerikalı aktyor, komediya ustası Dik Van Dayk avtomobil qəzasına düşüb.

Xezerxeber.az xəbər verir ki, sükan arxasında əyləşən 97 yaşlı aktyor “Lexus LS 500” markalı maşınını idarəetməsini itirərək onu hasara çırpıb. Qəza nəticəsində beyin silkələnməsi keçirən Dayk burnundan və ağzından qan axmasına baxmayaraq ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirməkdən imtina edib.

Daykın sözlərinə görə, qəzaya səbəb yağışlı hava səbəbi ilə yolun sürüşkən olması olub. 

 

Xəbər lenti