Xəzər Xəbər

Kino aktyor evində ölü tapıldı

Şou Biznes | 10:56 • 18 Mart 2023
Kino aktyor evində ölü tapıldı

Amerikalı aktyor Lens Reddik 60 yaşında vəfat edib.

Xezerxeber.az-ın məlumatına görə, məşhur aktyorun meyiti Los-Ancelesdəki evində tapılıb. Onun ölüm səbəbi hələlik məlum deyil.

Hüquq-mühafizə orqanlarından ölümün təbii səbəblərdən baş verdiyi bildirilib.

Lens Reddick daha çox “The Wire” serialındakı rolu ilə tanınır.

Aktyor həmçinin “Quantum Break”, “Horizon Zero Dawn”, “Horizon Forbidden West” və “Destiny” oyunlarında personajları səsləndirib.

Xəbər lenti