Xəzər Xəbər

Ledi Qaqaya vəzifə verildi

Şou Biznes | 09:09 • 14 Aprel 2023
Ledi Qaqaya vəzifə verildi

Cozef Bayden müğənni və aktrisa Ledi Qaqanı Mədəniyyət və İncəsənət üzrə Prezident Komitəsinin həmsədri təyin edib.

Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ liderinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Sənəddə vurğulanır ki, Ledi Qaqa (əsl adı Stefani Coann Ancelina Cermanotta) 13-cü “Qremmi” mükafatının sahibidir və tarixdə kommersiya baxımından ən uğurlu ifaçılardan biridir. Daha əvvəl “Time” jurnalı onun adını dünyanın 100 ən nüfuzlu adamının siyahısına daxil edib. Qeyd edilir ki, müğənni xeyriyyəçilik fəaliyyətində və bəzi ictimai kampaniyalarda fəal iştirak edir

1982-ci ildə yaradılmış Komitə ABŞ Prezidentinə və hökumət rəsmilərinə mədəniyyət siyasəti ilə bağlı tövsiyələr verir. Bayden Komitəyə, həmçinin Bryus Koeni həmsədr təyin edib.

Ledi Qaqa Baydenin seçki kampaniyası çərçivəsində tədbirlərdə fəal iştirak edib. 2021-ci ilin yanvarında o, Baydenin andiçmə mərasimində ABŞ Himnini ifa edib.

Xəbər lenti