Xəzər Xəbər

"EDHO"nun ulduzları yenidən bir arada

Şou Biznes | 16:55 • 13 Avqust 2022
"EDHO"nun ulduzları yenidən bir arada

Türkiyəli məşhur aktyor Oktay Kaynarcanın "Ben Bu Cihana Sığmazam" adlı yeni serialının çəkilişləri davam edir.

Dünən çəkiliş meydançasına iki xüsusi qonaq gedib. Qonaqlar "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialının baş rol ifaçıları Ozan Akbaba və Yunus Emre Yıldırımer olub. 

Onlar 6 il birlikdə rol aldıqları Oktay Kaynarcanı ziyarət etməyə gediblər. Sevilən aktyor O.Kaynarca da dostları ilə şəklini "Instagram" hesabından paylaşaraq "Mənimkilər ziyarətə gəliblər" yazıb. Bununla da uzun müddət sonra "Hızır Çakırbeyli", "İlyas Çakırbeyli" və "Alparslan Çakırbeyli"ni bir arada görmək izləyicilərin böyük marağına səbəb olub. Qeyd edək ki, ilk anonsu gələn həftə çıxacaq "Ben Bu Cihana Sığmazam" serialı sentyabr ayında ATV telekanalında yayımlanmağa başlayacaq. /Cebhe.info

Xəbər lenti