Xəzər Xəbər

“James Bond”un prodüseri yeni filminin çəkiliş tarixini açıqladı

Şou Biznes | 09:44 • 1 İyul 2022
“James Bond”un prodüseri yeni filminin çəkiliş tarixini açıqladı

Ceyms Bond haqqında silsilə filmlər üzərində işi ilə tanınan amerikalı prodüser Barbara Brokkoli “Bond” serialının növbəti hissəsinin çəkilişləri ilə bağlı planlarından danışıb.

Onun sözlərinə görə, çəkiliş qrupu ən tez iki ildən sonra işə başlaya biləcək. Belə bir qərar Agent 007-nin imicində köklü dəyişikliklərlə bağlıdır.

Brokkoli əlavə edib ki, yazıçılar hələ Daniel Kreyqi əvəz edəcək aktyorla bağlı yekun qərara gəlməyiblər. Eyni zamanda yanvar ayında prodüserlər yeni Agent 007 roluna İdris Elbanın namizədliyini müzakirə ediblər.

Mənbə: Arqumentı i faktı

Xəbər lenti

Quzu əti bahalaşıb VİDEO
20:25 • 19 Avqust 2022