Xəzər Xəbər

Sinə xərçəngi olan Hande Yener: Öləcəyəm, yoxsa qalacağam?

Şou Biznes | 16:46 • 11 Aprel 2022
Sinə xərçəngi olan Hande Yener: Öləcəyəm, yoxsa qalacağam?
Sinə xərçəngi olan məşhur türkiyəli müğəni Hande Yener xəstəlik prosesindən danışıb.
 
Məşhur pop müğənnisi Hande Yener xəstəliyi haqqında məlumat verib.
 
Hande Yener o anları xatırlayaraq xəstəliyindən danışıb: "Birdən ağrı hiss etdim və yataqdan dərhal qalxdım, dərhal xəstəxanaya getdim. Əməliyyat olunmalı olduğum deyildi. Hər şey çox tez baş verdi. Beynimdə qorxulu suallar var idi: Öləcəyəm, yoxsa qalacağam? Erkən diaqnoz olduğu üçün kimyaterapiya almadım. Bitdi, getdi, xəstəliyi geridə qoydum. Musiqi ilə qidalandım və sağaldım. İndi nəzarətimi pozmuram və sağlamlığıma daha çox fikir verirəm”.
 
Həmçinin müğənni bu xəstəliklə bağlı davamlı olaraq dərman qəbul etməli olduğunu bildirib: "Bir neçə il dərmandan istifadə edəcəm. Hazırda çox sağlam və formadayam".

Xəbər lenti