Xəzər Xəbər

Acundan hər kəsi TƏƏCCÜBLƏNDİRƏN AÇIQLAMA: İflas etdim...

Şou Biznes | 13:57 • 14 Yanvar 2022
Acundan hər kəsi TƏƏCCÜBLƏNDİRƏN AÇIQLAMA: İflas etdim...

Məşhur aparıcı Acun Ilıcalı ingilis mətbuatına şəxsi həyatı barədə heç yerdə danışmadığı etiraflar edib. 

Türkiyə mətbuatı xəbər verir ki, “TV 8” kanalının rəhbəri həyatını bir neçə mövsümlük serial adlandırıb. 

“Şəxsi həyatım iki və ya üç mövsümlük çəhrayı serial ola bilər. Qəribə həyat yaşadığım üçün Türkiyədə 10 il ardıcıl olaraq haqqında ən çox xəbər yazılan insanlardan oldum. 

20 yaşımda evləndim, 21 yaşımda ata oldum, 22 yaşımda ailəmi avtomobil qəzasında itirdim. Qızım avtomobilin içində idi. 15 sümük qırığı ilə həyatda qaldı. 23 yaşımda ikən motosiklet qəzası keçirdim və dostum yanımda həyatını itirdi. 24 yaşımda iflas etdim, bir işim yox idi. Həyatda hər neqativi yaşadım”, - Acun qeyd edib./publika.az

Xəbər lenti