Xəzər Xəbər

Dəhşətli qəza: Müğənni Gülçin yaralandı, sevgilisi öldü

Şou Biznes | 13:47 • 14 Dekabr 2021
Dəhşətli qəza: Müğənni Gülçin yaralandı, sevgilisi öldü
Türkiyənin tanınmış müğənnisi Gülçin Ergül qəza keçirib.
 
Müğənninin sevgilisi, iş adamı Erdal Şeyda Lafçının sürdüyü maşın İzmir-İstanbul avtomagistralında TIR-a çırpılıb. Məlumata görə, avtomobil yağışlı havaya görə sürüşkən yolda nəzarətdən çıxıb. Ergülün sevgilisi hadisə yerində dünyasını dəyişib. Müğənni isə ilkin tibbi yardımdan sonra yaralı olaraq xəstəxanaya yerləşdirilib. 
 
Gülçinin səhhətinin normal olduğu, yaxın günlərdə xəstəxanadan evə buraxılacağı bildirilib. 
 
Faktla bağlı araşdırma aparılır.

 

 
Qeyd edək ki, Gülçin Ergül əvvəllər məşhur "Hepsi” qrupunun üzvü olub./Sfera.az 
 
 

Xəbər lenti