Xəzər Xəbər

38 yaşlı müğənni süni nəfəs aparatına qoşuldu

Şou Biznes | 12:03 • 20 İyun 2021
38 yaşlı müğənni süni nəfəs aparatına qoşuldu

38 yaşlı müğənni Maksim süni nəfəs aparatına qoşulub.

XəzərXəbər axşam.az-a istinadən bildirir ki, komada olan ifaçının səhhəti daha da ağırlaşıb. Bu haqda onun köməkçisi məlumat yayıb.

"Həkimlər yaxşı xəbərlər verirlər. Komaya salınmalı və aparata qoşulmalı idi ki, oksigen çatışmazlığı baş verməsin. İndi həkimlər onu ayağa qaldırmaq üçün çalışırlar" deyə, mənbə bildirib.

Həkimlər Maksimin pnevmoniyadan əziyyət çəkdiyini açıqlayıblar. Bir neçə gün əvvəl 40 dərəcə hərarətlə xəstəxanaya yerləşdirilən müğənninin COVID-19-a testi neqativ çıxsa da, həkimlər ağciyərin zədələndiyini deyib.

Xəbər lenti