Bakı 28 ℃
Xəzər Xəbər
USD 1.7

Həbsxana mənə yaxşı təsir etdi - Müğənnidən maraqlı etiraf

Şou Biznes | 228 | 14:22 • 30 Aprel 2021
Həbsxana mənə yaxşı təsir etdi - Müğənnidən maraqlı etiraf

Müğənni Halil Sezai maraqlı açıqlaması ilə diqqət çəkib.

XəzərXəbər axşam.az-a istinadən xəbər verir ki, qonşusunu döyərək həbs olunan, daha sonra isə azadlığa buraxılan ifaçı proqramlardan birinə qonaq olub. Veriliş zamanı Sezai həbsxana həyatından danışıb:

"Məşhur olmağa qarşıyam. Ölkəmizdə bu hadisələr gündə bəlkə 100-200 dəfə baş verir. Amma bu qədər ictimailəşdirilmir. Həmin günü tam olaraq xatırlamıram. Çox əsəbi də deyildim. Hər şey bir anda oldu. Xırdalıqlar haqda danışmaq istəmirəm. Bu hadisəyə görə həbsxanaya girdim. Bəlkə sözlərimə təəccüblənəcəksiniz, amma orada qalmaq mənim üçün çətin olmadı. Əksinə, həbsxana mənə yaxşı təsir etdi. Qalmaq üçün bir otaq verdilər. Bütün günü kitab oxudum. Bu vəziyyətə necə gəldiyim haqda düşündüm".

 

Xəbər lenti

Kür çayında iki nəfər batıb
23 | 18:15 • 13 İyun 2021

Çox oxunanlar