Xəzər Xəbər

İbrahimin bu sözləri müzakirələrə səbəb oldu

Şou Biznes | 18:05 • 18 Aprel 2021
İbrahimin bu sözləri müzakirələrə səbəb oldu

Son zamanlar xarici görünüşündəki dəyişikliklə tez-tez gündəmə gələn müğənni Deniz Seki "İbo şou" verilişinə qonaq olub.

Erkan Petekkaya, Sinan Akçıl və İrem Derici kimi tanınmışların qatıldığı proqramda İbrahimin Sekinin ünvanına səsləndirdiyi fikirlər hərkəsi təəccübləndirib.

İbrahim Denizə “Bəs deyirdin arıqlamışam? Nə oldu? Yenə də nağaraya bənzəyirsən!” deyib.

Bu sözləri eşidən Deniz pərt olub və nə deyəcəyini bilməyib. İbrahimin Seki haqqında dediyi sözlər sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib./Axşam.az 

Xəbər lenti